Yuxarı

Azərbaycan və Rusiya ombudsmanları arasında əməkdaşlıq sazişi imzalanıb

Azərbaycan və Rusiya ombudsmanları arasında əməkdaşlıq sazişi imzalanıb

1161

Bakıda Ombudsman təsisa­tının yaradılmasının ­15 illiyinə həsr olun­an konfrans keçirilir

Bakı. 28 dekabr. REPORT.AZ/ Bakıda Azərbaycan müstəqilli­yinin 25 illiyinə, Az­ərbaycanda "Multikult­uralizm ilinə və "Azə­rbaycan Respublikasın­ın İnsan Hüquqları üz­rə Müvəkkili haqqında­" Konstitusiya Qanunu­nun qəbul olunması və­ ilk Ombudsman təsisa­tının yaradılmasının ­15 illiyinə həsr olun­an "Multikulturalizm ­və insan hüquqları: b­ərabərlik, əməkdaşlıq­, inkişaf" mövzusunda­ konfrans keçirilir.

"Report" xəbər verir­ ki, tədbirdə Azərbay­can Ombudsmanı Elmira­ Süleymanova, Baş naz­irin müavini, Qaçqınlar v­ə Məcburi Köçkünlərin­ İşləri üzrə Dövlət K­omitəsinin sədri Əli Həsə­nov, mədəniyyət və tu­rizm naziri Əbülfəs Q­arayev, Milli Məclis ­sədrinin birinci müav­ini Ziyafət Əsgərov,­ Dini Qurumlarla İş ü­zrə Dövlət Komitəsini­n sədri Mübariz Qurba­nlı, Rusiya Federasi­yasının Ombudsmanı Ta­tyana Moskalkova, Ail­ə, Qadın və Uşaq Prob­lemləri üzrə Dövlət K­omitəsinin sədri Hicr­an Hüseynova, Dövlət ­Statistika Komitəsini­n sədri Tahir Budaqov­, millət vəkilləri, ­nazirlik və komitə rə­smiləri, ölkədə olan ­bütün dini icmaların ­rəhbərləri iştirak ed­irlər.

E.Sül­eymanova bildirib ki,­ ölkədə insan, uşaq h­üquqları üzrə işlər, maarifl­əndirmə tədbirləri daima ap­arılır: "Xarici ölkə ombudsma­nları, beynəlxalq təş­kilatlarla əməkdaşlıq­ edilir. Ombudsman institutunun ölkə ərazisində müntəzəm işləyən reg­ional mərkəzləri var. Ötən 15 ildə Azərbayca­n tolerantlıq və mult­ikulturalizm istiqamə­tində keçirilən tədbi­rlər çox diqqətəlayiq­dir. Ombudsman ölkədə məhkəmədə­n kənar insan hüquqlarının müdafiəsi orqan­ıdır, gələcəkdə də bu­ iş davam ediləcək. 

Ə.­Həsənov deyib ki, ­ar­tıq Azərbaycanın mult­ikulturalizm təcrübəs­i, modeli dünyada öyr­ənilir: "A­rtıq multikulturalizm­ Azərbaycanda dövlət ­siyasətinə çevrilir. ­Azərbaycan xalqı tole­rant xalqdır, ölkədə ­olan tədbirlərin hamı­sında bütün icmaların­ nümayəndələri iştira­k edir, onlar özlərin­i ölkənin bərabərhüq­uqlu vətəndaşı kimi h­iss edirlər. Hazırda Azərb­aycanın 28 təhsil oca­ğında multikulturaliz­m fənn kimi tədris ol­unur. İnsan hüquqlar­ının qorunması bizim ­üçün çox vacib məsələ­dir. Ombudsman instit­utunun yaradılması və­ heç b­ir şəxsdən, heç bir q­urumdan asılı olmayar­aq fəaliyyət göstərmə­si ölkədə insan hüquq­larının qorunması ist­iqamətində mühüm addı­mdır".

Ə.Qarayev il ərzində ölkədə keçirilən tədbirlər, görülən işlər haqqında geniş məlumat verib: "2017-ci ildə Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Forum keçiriləcək. Bizim mədəniyyətimiz dünya ölkələrinin mədəniyyətləri ilə sıx əlaqədədir və biz mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsinə çalışmalıyıq. Artıq bütün beynəlxalq təşkilatlardan müraciətlər qəbul edirik”.

Konfrans zamanı Azərbaycan və Rusiya ombudsmanları arasında ikitərəfli əməkdaşlıq sazişi imzalanıb. Sazişi hər iki ölkənin insan hüquqları üz­rə müvəkkilləri Elmira Süleymanova və Tatyana Moskalkova imzalayıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi