​Azərbaycan və Kosta-Rika XİN-ləri arasında siyasi məsləhətləşmələr haqqında saziş imzalanıb

​Azərbaycan və Kosta-Rika XİN-ləri arasında siyasi məsləhətləşmələr haqqında saziş imzalanıb Elmar Məmmədyarov Kosta-Rikanın xarici işlər naziri Manuel Qonsales Sansla görüşüb
Xarici siyasət
20 Oktyabr , 2015 15:15
​Azərbaycan və Kosta-Rika XİN-ləri arasında siyasi məsləhətləşmələr haqqında saziş imzalanıb

Bakı. 20 oktyabr. REPORT.AZ/ Azərbaycan və Kosta-Rika Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilməsi barədə saziş imzalanıb.

"Report" xəbər verir ki, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov kosta-rikalı həmkarı Manuel Qonsales Sansla görüşündən sonra keçirdikləri birgə mətbuat konfransında bildirib.

"Hazırda ölkələrimiz arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı sənəd demək olar ki, hazırdır. Biz onu nəzərdən keçiririk və imzalamağa hazırlaşırıq", - E.Məmmədyarov qeyd edib.

Onun sözlərinə görə, Kosta-Rika iqtisadiyyatı olduqca inkişaf edib və burada xarici sahibkarlar üçün cəlbedici investisiya mühiti var: "Eyni zamanda, Kosta-Rikanın geniş turizm imkanları da var".

Azərbaycanın xarici işlər naziri Azərbaycan və Kosta-Rika universitetləri arasında əməkdaşlıq və tələbə mübadiləsi haqqında sazişin imzalanacağını da vurğulayıb.

E.Məmmədyarov qeyd edib kl, Azərbaycan Kosta-Rika ilə beynəlxalq arenada qarşılıqlı əlaqələri dərinləşdirmək niyyətindədir.

Öz növbəsində, Kosta-Rikanın xarici işlər naziri görüşün səmərəli olduğunu qeyd edərək, onun azərbaycanlı həmkarı ilə danışıqlarını yüksək qiymətləndirib. 

Son xəbərlər

Orphus sistemi