Azərbaycan və İsveçrə prezidentləri arasında görüş olub

Azərbaycan və İsveçrə prezidentləri arasında görüş olub Söhbət zamanı iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinin önəmi qeyd edilib
Xarici siyasət
22 Yanvar , 2015 15:46
Azərbaycan və İsveçrə prezidentləri arasında görüş olub

Bakı. 22 yanvar. REPORT.AZ/ Bu gün Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti xanım Simonetta Sommaruqanın görüşü olub. “Report”un məlumatına görə, görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib. İqtisadi sahədə səmərəli əlaqələrin olduğu qeyd edilib və əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu diqqətə çatdırılıb. İsveçrə şirkətlərinin Azərbaycanda sərmayə qoyuluşu, enerji sahəsində əməkdaşlıq, eləcə də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bu ölkədəki fəaliyyətinin əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinin önəmi qeyd olunub, Azərbaycanın və İsveçrənin həyata keçirəcəyi birgə layihələrin qarşılıqlı faydalı olduğu bildirilib, mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Görüşdə ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi