Yuxarı

Azərbaycan və İran prezidentlərinin məhdud tərkibdə görüşü olub

İlham Əliyev martın 5-də İran İslam Respublikasına rəsmi səfərə gedib

Bakı. 5 mart. REPORT.AZ/ Martın 5-də rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin təkbətək görüşü olub.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev martın 5-də İran İslam Respublikasına rəsmi səfərə gedib.

Azərbaycanın və İranın dövlət bayraqlarının dalğalandığı Tehranın “Mehrabad” hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentini İranın yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşılayıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi