Yuxarı

Azərbaycan və Hindistan xarici işlər nazirləri arasında məktub mübadiləsi həyata keçirilib

Bakı. 9 mart. REPORT.AZ/ Azərbaycan Respublikası və Hindistan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə i...
© conrtesy image

Bakı. 9 mart. REPORT.AZ/ Azərbaycan Respublikası və Hindistan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə iki ölkənin xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib.

XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarov hindistanlı həmkarına ünvanladığı məktubunda qarşılıqlı etimad və anlaşmaya, beynəlxalq təkilatlarda dəstəyə söykənən iki ölkə arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin gələcəkdə də inkişaf edəcəyinə əminliyini ifadə edib.

Hindistanın xarici işlər naziri Suşma Svaraj Elmar Məmmədyarova göndərdiyi məktubunda iki ölkə arasında siyasi, iqtisadi, enerji, mədəni və insanlararası təmaslar daxil olmaqla müxtəlif sahələrdə uğurlu əməkdaşlığın ikitərəfli əlaqələrin gələcəkdə daha da möhkəmləndirilməsinə töhfə verəcəyini bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi