Yuxarı

Azərbaycan və Gürcüstan XİN rəhbərləri arasında görüş keçirilib

Azərbaycan və Gürcüstan XİN rəhbərləri arasında görüş keçirilib

Tbilisi. 29 oktyabr. REPORT.AZ/ Gürcüstanın xarici işlər naziri David Zalkaliani İstanbulda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşüb.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Görüşdə hər ilki ölkənin XİN başçısı Gürcüstan və Azərbaycan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərini bir daha vurğulayıblar. Gürcüstanın baş naziri Mamuka Baxtadzenin Azərbaycana səfəri və Bakıda keçirdiyi görüşlər yüksək qiymətləndirilib.

D.Zalkaliani və E.Məmmədyarov regional əməkdaşlıq məsələləri və Azərbaycan - Gürcüstan - Türkiyə üçtərəfli formatı çərçivəsində reallaşdırılan layihələri nəzərdən keçiriblər.

Hər iki nazir üçtərəfli formatın mədəniyyət, turizm və digər sahələrdə böyük potensiala malik olduğunu qeyd ediblər.

Tərəflər Azərbaycan və Gürcüstanın beynəlxalq tranzit və enerji layihələrində iştirakının əhəmiyyətindən söz açıblar. Nazirlər bu kontekstdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini yüksək qiymətləndirib, TANAP layihəsinin açılışını alqışlayıblar.

Nazirlər Gürcüstan və Azərbaycanın tranzit imkanlarının gələcəkdə də təşviq olunması istiqamətində işlərin aparılması ilə bağlı hazırlıq ifadə ediblər.

Görüşdə həmçinin iki ölkə arasında ticari-iqtisadi əlaqələrin səviyyəsi yüksək qiymətləndirilib və Azərbaycanın Gürcüstanın ən böyük ticarət tərəfdaşı olduğu vurğulanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi