Azərbaycan və Gürcüstan XİN başçılarının görüşü olub

Azərbaycan və Gürcüstan XİN başçılarının görüşü olub Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gürcüstanlı həmkarı David Zalkaliani ilə görüşüb.
Xarici siyasət
23 Dekabr , 2019 12:22
Azərbaycan və Gürcüstan XİN başçılarının görüşü olub
Report

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gürcüstanlı həmkarı David Zalkaliani ilə görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, görüş Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin Tbilisidəki üçtərəfli görüşü çərçivəsində baş tutub.

XİN başçıları Azərbaycan-Gürcüstan münasibətləri, iki ölkənin iştirakı ilə həyata keçirilən layihələr, əməkdaşlığın gələcək perspektivlərini və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Bundan öncə D.Zalkaliani Türkiyənin xarici işlə naziri Mövlud Çavuşoğlu ilə görüş keçirib.

Son xəbərlər

Orphus sistemi