XİN: Azərbaycan və Gürcüstan sərhədində razılaşdırılmamış ərazilərə birgə baxış keçiriləcək - YENİLƏNİB

XİN: Azərbaycan və Gürcüstan sərhədində razılaşdırılmamış ərazilərə birgə baxış keçiriləcək - YENİLƏNİB Avqustun 19-da Gürcüstan və Azərbaycan Respublikasının dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü keçirilib.
Xarici siyasət
19 Avqust , 2019 17:20
XİN: Azərbaycan və Gürcüstan sərhədində razılaşdırılmamış ərazilərə birgə baxış keçiriləcək - YENİLƏNİB

Avqustun 19-da Gürcüstan və Azərbaycan Respublikasının dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü keçirilib.

XİN-dən "Report"a verilən məlumata görə, tərəflər delimitasiya prosesinin gedişatını muzakirə edib və razılaşdırılmamış sahələrlə bağlı öz mövqelərini ifadə ediblər.

Görüləcək sahə işləri, razılaşdırılmamış sahələrdə birgə ölçmə işlərinin aparılması və həmin yerlərə baxış keçirilməsi planlaşdırılıb. 19-23 avqust tarixlərində ekspertlər ayrı-ayrı sahələrə birgə baxış keçirəcəklər və gələcək mərhələdə qalan digər razılaşdırılmamış sahələrə də baxış keçirməyi planlaşdıracaqlar.


*** 16:39

Azərbaycan-Gürcüstan sərhədinin delimitasiya və demarkasiyası üzrə birgə komissiyanın ekspertlərinin bu gün işgüzar görüşü keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyindən ölkənin İctimai Televiziyasına bildirilib.

Görüşdə delimitasiya prosesi və razılaşdırılmamış sahələr üzrə mövqelər müzakirə olunub.

Tərəflər razılaşdırılmamış sahələrdə birgə çöl işlərinin aparılmasını planlaşdırıblar.

Avqustun 23-nə qədər ekspertlər ayrı-ayrı sahələr üzrə birgə iş aparacaqlar və yerdə qalan digər hissələrə isə növbəti mərhələdə baxış keçirəcəklər.

Son xəbərlər

Orphus sistemi