Azərbaycan ilə Bolqarıstan hüquqi sahədə səmərəli əməkdaşlıq edir

Azərbaycan ilə Bolqarıstan hüquqi sahədə səmərəli əməkdaşlıq edir Fikrət Məmmədov Azərbaycanda səfərdə olan Bolqarıstanın Baş prokuroru Sotir Tsatsarovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Xarici siyasət
12 İyun , 2017 19:29
Azərbaycan ilə Bolqarıstan hüquqi sahədə səmərəli əməkdaşlıq edir
Report

Bakı. 12 iyun. REPORT.AZ/ Ədliyyə naziri Fikrət Məmmədov Azərbaycanda səfərdə olan Bolqarıstanın Baş prokuroru Sotir Tsatsarovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan və Bolqarıstan arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, bu əlaqələrin dərinləşməsində dövlət başçılarının xüsusi rolu və qarşılıqlı səfərlərin mühüm əhəmiyyəti vurğulanıb. Həmçinin ölkələrimizin zəngin müqavilə bazasına söykənən hüquqi sahədə əməkdaşlığına toxunularaq qarşılıqlı fəaliyyətin perspektivləri, hər iki dövlətdə məhkəmə-hüquq sistemində aparılan islahatlar barədə fikir mübadiləsi aparılıb.

Söhbət zamanı inzibati ədliyyənin fəaliyyəti, hakimliyə namizədlərin tədrisi, probasiya institutunun tətbiqi, korrupsiyaya qarşı mübarizə və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Tədbirdə Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova, ölkəmizin Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, ədliyyə nazirinin müavini Azər Cəfərov, Baş prokurorun müavini, Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi Kamran Əliyev iştirak ediblər.

Qonaqlar nazirlikdə Ədliyyə Tarixi Muzeyi ilə tanış olublar.

Son xəbərlər

Orphus sistemi