Azərbaycan və Belarus XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər - ƏLAVƏ OLUNUB

Azərbaycan və Belarus XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər - ƏLAVƏ OLUNUB Bakı. 21 iyun. REPORT.AZ/ Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Minskdə belaruslu həmkarı Vladimir Makey ilə görüşü barədə məlumat yayıb.
Xarici siyasət
21 İyun , 2018 15:29
Azərbaycan və Belarus XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər - ƏLAVƏ OLUNUB

Bakı. 21 iyun. REPORT.AZ/ Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Minskdə belaruslu həmkarı Vladimir Makey ilə görüşü barədə məlumat yayıb. 

XİN-dən "Report"a verilən məlumata görə, E.Məmmədyarov Minskə səfəri əsnasında ona və nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib.

Nazirlər bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunmasına toxunaraq ötən illər ərzində Azərbaycan və Belarus arasında arasında qarşılıqlı anlaşma və etimada əsaslanan dostluq və tərəfdaşlıq münasibətlərinin qurulduğunu məmnuniyyətlə vurğulayıblar. 

Görüşdə nazirlər iki ölkə arasında yüksək səviyyəli dialoqu təqdir ediblər və dövlət başçılarının iradələrinə uyğun olaraq ikitərəfli əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyini bildiriblər.

İkitərəfli əməkdaşlığın ruhuna uyğun olaraq ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiyini qeyd edərək qarşılıqlı dəstəyin bundan sonra da davam etdirilməsinin vacibliyini diqqətə çatdırıblar.

Görüş əsnasında nazirlər həmçinin, beynəlxalq və regional gündəliyə aid məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar. 


***

Belarusun paytaxtı Minskdə Azərbaycan və Belarusun xarici işlər nazirləri - Elmar Məmmədyarovla Vladimir Makey arasında görüş keçirilib.

"Report" xəbər verir ki, görüş zamanı nazirlər ölkələr arasında mövcud olan strateji və dostluq münasibətlərini, həmçinin ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarusun paytaxtı Minsk şəhərində rəsmi səfərdədir.

E.Məmmədyarov 21-22 iyun tarixlərində Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək.

Səfər çərçivəsində nazir E.Məmmədyarovun çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi