Azərbaycan Baş Prokurorluğu ilə Belarus İstintaq Komitəsi arasında saziş imzalanacaq

Azərbaycan Baş Prokurorluğu ilə Belarus İstintaq Komitəsi arasında saziş imzalanacaq Azərbaycan Baş Prokurorluğu ilə Belarus İstintaq Komitəsi arasında hərtərəfli tərəfdaşlıq əlaqələrini daha da inkişaf etdirmək, münasibətlərin hüquqi bazasını genişləndirmək üçün əməkdaşlıq sazişi imzalanacaq.
Xarici siyasət
14 Mart , 2019 12:49
Azərbaycan Baş Prokurorluğu ilə Belarus İstintaq Komitəsi arasında saziş imzalanacaq
Report
0 : 00
0 : 00

Azərbaycan Baş Prokurorluğu ilə Belarus İstintaq Komitəsi arasında hərtərəfli tərəfdaşlıq əlaqələrini daha da inkişaf etdirmək, münasibətlərin hüquqi bazasını genişləndirmək üçün əməkdaşlıq sazişi imzalanacaq.

“Report” “BelTA”ya istinadən xəbər verir ki, Belarus İstintaq Komitəsindən verilən məlumata görə, komitə sədri İvan Noskeviçin başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlib. O, Baş prokuror Zakir Qaralovla görüş keçirəcək.

Bununla yanaşı, bu gün və sabah qonaqlar azərbaycanlı həmkarları ilə birgə tədbirlərdə iştirak edəcək. Belarus təmsilçiləri məhkəmədən qabaq cinayət istintaqının təşkili və islahatı, ilkin istintaq mərhələsində prokuror nəzarətinin həyata keçirilməsi sahəsində Azərbaycanın təcrübəsini öyrənmək niyyətindədirlər.

Son xəbərlər

Orphus sistemi