Azərbaycan və Belarus arasında 10-a yaxın sənəd imzalanacaq

Azərbaycan və Belarus arasında 10-a yaxın sənəd imzalanacaq Lətif Qəndilov: "Hazırda Azərbaycan tərəfi Belarusda tikinti sahəsində bir sıra investisiya layihələri həyata keçirir"
Xarici siyasət
12 Noyabr , 2018 16:08
Azərbaycan və Belarus arasında 10-a yaxın sənəd imzalanacaq

Bakı. 12 noyabr. REPORT.AZ/ Azərbaycan və Belarus arasında ikitərəfli əməkdaşlıq haqqında 10-a yaxın sənəd imzalanacaq.

"Report" "BelTA" agentliyinə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşdən sonra jurnalistlərə bildirib.

Onun sözlərinə görə, sənədlərin gələn həftə imzalanacağı və siyasət, iqtisadiyyat və humanitar əməkdaşlıq sahələrini əhatə edəcəyi gözlənilir.

"Əlaqələr yerində dayanmır, hüquqi-saziş bazası inkişaf etdirilməlidir", - səfir deyib.

Səfir qeyd edib ki, hazırda Azərbaycan tərəfi Belarusda tikinti sahəsində bir sıra investisiya layihələri həyata keçirir.

Son xəbərlər

Orphus sistemi