Yuxarı

Azərbaycan və Avropa İttifaqı tvinninq layihələrinin həyata keçirilməsini müzakirə edəcək

​Azərbaycan və Avropa İttifaqı tvinninq layihələrini həyata keçirilməs

Azərbaycan və Avropa İttifaqı (Aİ) tvinninq layihələrini həyata keçirilməsini müzakirə edəcək.

"Report" Aİ-nin Azərbaycandakı nümayəndəliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, bununla əlaqədar oktyabrın 10-da Bakıda dəyirmi masa keçiriləcək.

Tədbirdə Avropa Komissiyasının qonşuluq və genişlənmə müzakirələri üzrə baş direktorluğunun regional proqramlar bölməsinin rəhbəri Vasilis Maraqosun başçılıq etdiyi Aİ-nin nümayəndə heyəti və Azərbaycan hökumətinin rəsmiləri iştirak edəcək.

Dəyirmi masanın keçirilməsində məqsəd Azərbaycanda Tvinninq proqramının gələcəyini müzakirə etmək, ölkədə dövlət idarəçiliyində islahat prosesində daha effektiv əməkdaşlıq yollarını müəyyən etməkdir.

“Aİ-nin Tvinninq proqramı İttifaqla Azərbaycan arasında ən uğurlu əməkdaşlıq alətlərindən biridir. Bu proqram Avropanın qabaqcıl təcrübələrini Azərbaycandakı qurumlara çatdırmağa və əhali üçün faydalı islahatların dəstəklənməsinə kömək edir. Dəyirmi masa bizə gələcəkdə daha da səmərəli fəaliyyət göstərməyə kömək edəcək”, - deyə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas qeyd edib.

Qeyd edək ki, son on il ərzində Azərbaycanda 26 nazirlik və dövlət qurumu 46 tvinninq layihəsində iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi