Yuxarı

Azərbaycan Uruqvaya nota verib

Azərbaycan Uruqvaya nota verib
© Report

Azərbaycan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağdakı separatçı rejimin “xarici işlər naziri” Masis Mailyanın Uruqvaya getdiyi və orada “görüşlər” keçirdiyi barədə yayılan məlumatlar münasibət bildirib. 

Nazirlikdən "Report"a verilən məlumata görə, sözügedən şəxs Uruqvayda yaşayan erməni icmasının dəvətilə qondarma “erməni soyqırımı” tədbirlərə qatılmaq üçün bu ölkəyə səfər edib:

"Separatçı rejimin “nümayəndəsi” Uruqvay hökumətinin heç bir nümayəndəsi tərəfindən qəbul edilməyib. O ki qaldı Lusia Topolanski ilə görüşə, Uruqvay Senatının sədrinin parlamentdə qondarma “erməni soyqırımı” ilə bağlı keçirilən tədbirdə iştirak etdiyini diqqətinizə çatdırmaq istərdik. M.Mailyan isə Uruqvay erməni icmasının digər nümayəndələri ilə görüşdə iştirak edib".

"Eyni zamanda məsələ ilə əlaqədar Argentinadakı səfirliyimiz Uruqvay Xarici İşlər Nazirliyinə Azərbaycan tərəfinin etirazını özündə əks etdirən nota təqdim edib. Uruqvay XİN cavabında bu məsələdə hökumətin rəsmi mövqeyinin fundamental və dəyişilməz olduğunu vurğulayıb. Azərbaycan səfirinin ən qısa zamanda Uruqvay Xarici İşlər Nazirliyində görüşünün keçirilməsi nəzərdə tutulub", - XİN-dən qeyd olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi