Yuxarı

Azərbaycan universitetlərində tacik tələbələr üçün ayrılan kvotaların sayı artırılıb

​Azərbaycan universitetlərində tacik tələbələr üçün ayrılan kvotaların

Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadə ilə Tacikistan Respublikasının Xarici İşlər nazirinin birinci müavini Xusrov Noziri arasında görüş keçirilib.

Azərbayacan Respublikasının Tacikistandakı səfirliyindən “Report”a verilən məlumata görə, görüşdə müxtəlif sahələrdə ikitərəfli münasibətlərin cari vəziyyəti və perspektivləri, ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Tacikistan Hökümətlərarası Komissiyanın növbəti iclasına hazırlıq işləri, cari ilin 21-26 oktyabr tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin Dövlət və Hökümət Başçılarının 18-ci Zirvə görüşündə Tacikistan nümayəndə heyətinin iştirakı müzakirə edilib, Bakı-Düşənbə aviareysinin açılması imkanlarına dair fikir mübadiləsi aparılıb.

Nazir müavini son illər ərzində Azərbaycan Respublikası tərəfindən ölkə universitetlərində tacik tələbələri üçün ayrılan kvotaların sayının artırıldığını qeyd edib, bunun ölkələrarası humanitar sahədə əlaqələrin yeni uğuru kimi qiymətləndirib.

Səfir sonda nazir müavinini yeni təyinatı, eləcə də qarşıdan gələn Tacikistan diplomatik xidmət orqanı əməkdaşlarının peşə bayramı münasibəti ilə təbrik edib, gələcək diplomatik karyerasında ona uğurlar arzulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi