Azərbaycan Türkiyədə PKK yaraqlıları tərəfindən azərbaycanlıların saxlanılması xəbərini araşdırır

Azərbaycan Türkiyədə PKK yaraqlıları tərəfindən azərbaycanlıların saxlanılması xəbərini araşdırır XİN Azərbaycanın Türkiyədəki səfirliyi və Qarsdakı baş konsulluğuna tapşırıq verib
Xarici siyasət
1 Avqust , 2015 15:27
Azərbaycan Türkiyədə PKK yaraqlıları tərəfindən azərbaycanlıların saxlanılması xəbərini araşdırır

Bakı. 1 avqust. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədə 35-ə yaxın Azərbaycan vətəndaşının PKK terror təşkilatının yaraqlıları tərəfindən saxlanılması xəbərini araşdırır. Bu barədə "Report"a XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

"Azərbaycanın Türkiyədəki səfirliyi və Qarsdakı baş konsulluğu Türkiyənin müvafiq dövlət qurumları ilə məsələni araşdırır. Əlavə məlumat veriləcək", - H.Hacıyev bildirib.

Qeyd edək ki, bu gün bəzi KİV-lərdə Türkiyədən Naxçıvana hərəkət edən sərnişin avtobusunun PKK üzvləri tərəfindən saxlanıldığı xəbəri yayılıb. Məlumata əsasən, avtobusdakı 70 nəfərdən təxminən 35-i azərbaycanlı olub.

Son xəbərlər

Orphus sistemi