​Azərbaycan, Türkiyə və Türkmənistan XİN başçılarının növbəti görüşü Bakıda keçirilə bilər

​Azərbaycan, Türkiyə və Türkmənistan XİN başçılarının növbəti görüşü Bakıda keçirilə bilər Elmar Məmmədyarov həmkarlarını Azərbaycan dəvət edib
Xarici siyasət
28 Avqust , 2015 19:58
​Azərbaycan, Türkiyə və Türkmənistan XİN başçılarının növbəti görüşü Bakıda keçirilə bilər

Bakı. 28 avqust. REPORT.AZ/ Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü Bakıda keçirilə bilər.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycan XİN başçısı Elmar Məmmədyarov avqustun 28-də Antalyada keçirilən üçtərəfli görüşdə bu təkliflə çıxış edib.

"Fürsətdən istifadə edərək əziz həmkarlarımı Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşündə iştirak etmək üçün Azərbaycana dəvət edirəm", - nazir deyib. 

Son xəbərlər

Orphus sistemi