Azərbaycan-Türkiyə-İran-Gürcüstan XİN başçılarının birinci dördtərəfli görüşünün proqramı açıqlanıb

Azərbaycan-Türkiyə-İran-Gürcüstan XİN başçılarının birinci dördtərəfli görüşünün proqramı açıqlanıb Bakı. 14 mart. REPORT.AZ/ Sabah Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidzenin iştirakı ilə Azərbaycan-Türkiyə-İran-Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşü keçiriləcək.
Xarici siyasət
14 Mart , 2018 12:13
Azərbaycan-Türkiyə-İran-Gürcüstan XİN başçılarının birinci dördtərəfli görüşünün proqramı açıqlanıb
Report

Bakı. 14 mart. REPORT.AZ/ Sabah Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidzenin iştirakı ilə Azərbaycan-Türkiyə-İran-Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşü keçiriləcək.

Bu barədə "Report"a Azərbaycan XİN-dən məlumat verilib. 

Bildirilib ki, görüşdə ikitərəfli və üçtərəfli əsasda olan əməkdaşlığı tamamlayaraq dördtərəfli əsasda region ölkələri arasında regional sülh, sabitlik və təhlükəsizliyin gücləndirilməsi, iqtisadi, nəqliyyat, enerji, turizm, mədəniyyət və digər qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, 2017-ci ilin 6 sentyabr tarixində Bakı şəhərində Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin altıncı üçtərəfli görüşü, 20 dekabr tarixində isə Azərbaycan-İran-Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçirilib.

Son xəbərlər

Orphus sistemi