Yuxarı

TBMM-in Təhlükəsizlik komissiyasının üzvü:”Azərbaycan torpaqlarının işğalda olması, Türkiyə torpaqlarının işğal altında olması deməkdir"-MÜSAHİBƏ

Azərbaycan torpaqlarının işğalda qalma, Türkiyə torpaqlarının işğal al

2791

“R.T. Ərdoğanın Rusiyaya səfəri bir çox məsələ ilə bağlı mühüm nəticələr əldə edilməsinə səbəb olacaq”

İstanbul. 25 yanvar. REPORT.AZ/ Türkiyə-Rusiya Parlamentlərarası Dostluq qrupunun sədri, parlamentin Təhlükəsizlik və və kəşfiyyat komissiyasının üzvü və sözççüsü, hakim Ədalət və İnkişaf Partiyasından deputat Murad Baybaturun “Report”un bu ölkədəki bürosuna müsahibəsi.

- Yanvarın 23-də Prezident Rəcəb Tayyib Ərdoğan Moskvada Rusiya Federasiyasının Prezienti Vladimir Putinlə təkbətək görüşdü. İkitərəfli münasibətlər və regional əməkdaşlığa dair bir çox məsələsənin müzakirə edildiyi görüş barədə nə demək istəyirsiniz?

- Türkiyə ilə Rusiya arasındakı münasibətlər bütün sahələrdə inkişaf edir. Bu, hörmətli prezidentimiz Rəcəb Tayyib Ərdoğan və Rusiya prezident Vladimir Putinin nümayiş etdirdikləri güclü siyasi iradənin nəticəsidir. Suriya məsələsində Türkiyə-Rusiya əməkdaşlığı başda DAEŞ və PKK olmaqla, bölgənin bütün terror təşkilatlarından təmizlənməsində həlledici rola malikdir. Rusiyanın razılığı ilə Türkiyə sərhədin o tərəfində 2 hərbi əməliyyat keçirərək PYD/YPG terrorçularını sərhədlərimizə yaxın bölgələrdən uzaqlaşdırdı. Fərat çayının Qərb sahilini terrorçulardan tamamilə təmizləmək üçün Rusiya ilə əməkdaşlıq şəraitində Menbiç qəsəbəsinə də əməliyyat təşkil edərək orada da əmin-amanlığı təmin edəcəyik.

- Dekabrın ortasında Prezident Ərdoğan Fərat çayının Şərq sahilindən də terorçuları təmizləmək üçün əməliyyat keçiriləcəyini bildirdi. Orada da Rusiya ilə əməkdaşlıq ediləcək?

- Ölkəmiz üçün təhlükə potensialı olan hər bir məntəqədə lazımi addımları atacağıq. Buna heç kimin şübhəsi olmasın. ABŞ ilə də razılaşdıraraq Suriyanın Şimali-Şərqində- sərhədin 32 kilometr dərinliyində “Təhlükəsiz bölgə” yaradacağıq. Bizim heç kimin torpağında,neftində,arpasında-buğdasında qətiyyən gözümüz yoxdur. Biz istəyirik ki, qonşularımızda da sabitlik və əmin-amanlıq olsun, xalqların rifah səviyyəsi yüksəlsin. Prezidentimizin də dəfələrlə dediyi kimi, Suriyada DAEŞ, PKK və digər terror təşkilatlarının varlığına son qoymağı biz əsas vəzifəmiz hesab edirik.Biz 600 il bölgəyə hakim olmuşuq, indi o bölgədən bizim təhlükəsizliyimizi təhdid edən terror təşkilatlarına qarşı mübarizə aparmaq əsas vəzifəmizdir. Siz də izləyirsiniz, Türkiyənin keçirdiyi “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatlarından sonra o bölgələrdə əmin-amanlıq bərpa oldu. Türkiyə-Suriya sərhədində Türkiyənin nəzarət etdiyi bölgələrin əhalisi bizdən çox razıdır. Fərat çayının Şərq sahilinə hərbi əməliyyat keçirilməsi gündəliyə gələn kimi, o tərəfdəki əşirət rəisləri bir yerə toplanaraq Türkiyəyə dəstəklərini elan etdilər. Bizim üçün Suriyada ərəbin,türkmənin, kürdün heç bir fərqi yoxdur. Onların hamısına insan kimi yanaşır və əmin-amanlıq şəaritində yaşamalarına çalışırıq.

- Ərdoğan ilə Putin arasındakı axırıncı görüşdə əldə edilən razılıqları Türkiyə siyasi-diplomatik sahədə üstünlüyə çevirə biləcəkmi?

- Astana prosesindən bəri Rusiya, İran və Türkiyə birlikdə hərəkət edirlər. Əməkdaşlıq Cenevrədə də davam etdirilib. Moskvadakı axırıncı görüşdən sonra üç ölkə arasında Suriya ilə bağlı əməkdaşlığın daha güclü şəkildə davam edəcəyinə inanıram. Çünki Türkiyə-Rusiya-İran əməkdaşlığı regionun geostrateji və geosiyasi tələbidir ki, üç ölkə bunu yerinə yetirir.Bu yaxınlarda üç ölkənin dövlət başçılarının yeni görüşü nəzərdə tutulub. Biz bölgəmizdəki problemlərin bu coğrafiyanın ölkələri tərəfindən həll edilməsinin tərəfdarıyıq. Əvvəl olduğu kimi, Türkiyə bundan sonra hərbi-siyasi və diplomatiya sahələrində bütün imkanlarından istifadə edəcək.

- Suriyadakı siyasi proseslərdə də Türkiyənin aktiv rol oynamaq istədiyi məlumdur. Putin-Ərdoğan görüşündən sonra Türkiyə siyasi proseslərdə hansı formalarda iştirak etməyi düşünəcək?

- Suriyanın diktator hakimiyyətiylə bağlı bizim mövqeyimiz məlumdur və başda hörmətli prezidentimiz olmaqla, bunu hər yerdə açıq şəkildə bildiririk. Öz xalqının başına bombalar yağdıran bir adamla Suriyanın gələcəyi üçün dialoq aparmağın mənası yoxdur.Biz Suriya üçün demokratik konstitusiya və seçki qanunu istəyirik. Ümid edirəm ki,Suriyanın terrorçulardan təmizlənməsində olduğu kimi, ölkənin gələcəyini müəyyənləşdirən siyasi proseslərdə də aktiv iştirak edəcəyik və qonşumuzdakı ölkə sülh və əmin-amanlğıa qovuşacaq.

- Prezident Ərdoğan Ermənistanın işğalı altındakı Azərbaycan torpaqlarının azad edilməsi üçün Rusiyanın mühüm rol oynaya biləcəyinə həmişə işarə edir. Sizcə, Moskvadakı son görüşdə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məsələsi gündəliyə gəlib?

- Başda hörmətli prezientimiz olmaqla, biz bütün beynəlxalq platformalarda Ermənistanın işğalı altındakı Azərbaycan torpaqlarının azad edilməsi məsələsini gündəliyə gətirərək,işğala bir an əvvəl son qoyulmasını istəyirik. Azərbaycan torpaqlarının işğal altında olması demək-Türkiyə torpaqlarının işğal altında olması deməkdir. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını qeydsiz-şərtsiz boşaltmadığı müddətcə bizim onlarla münasibətlərimizi normallaşdırmaqdan qətiyyən söhbət gedə bilməz. Bu, həm dövlətin siyasəti həm də 80 milyonluq millətin mövqeyidir. Bunun dəyişməsindən qətiyyən söhbət gedə bilməz. Azərbaycan bizim üçün “Can Azərbaycan”dır. Biz bütün şərtlərdə qardaşlarımızın yanındayıq və heç kimin şübhəsi olmasın ki, bu, belə davam edəcək. Hər cəhətdən çətin vəziyyətdə olan Ermənistan o vəziyyətdən xilas olmaq istəyirsə, ilk növbədə, işğal etdiyi Azərbaycan torpaqlarından bir an əvvəl çıxmalıdır.

Mais Əlizadə

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi