Yuxarı

Azərbaycan Səudiyyə Ərəbistanı ilə humanitar proqramların həyata keçirilməsini müzakirə edib

​Azərbaycan Səudiyyə Ərəbistanı ilə humanitar proqramı müzakirə edib

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev Kral Salman Humanitar Yardım və Humanitar Əməliyyatlar Mərkəzinin (KSRelief) rəhbərlərindən biri olan Abdullah əl-Rəbiyə ilə görüşərək mərkəzin Azərbaycanda həyata keçirdiyi proqramlarla bağlı müzakirə aparıb.

"Report" "ArabNews"a istinadən xəbər verir ki, səfir "KSRelief" tərəfindən görülən işlərdə peşəkarlıq səviyyəsini yüksək qiymətləndirib.

Bildirilib ki, son illərdə Səudiyyə Ərəbistanı Azərbaycanda bir sıra humanitar layihələrin həyata keçirilməsi, o cümlədən mənzil, humanitar logistika, təhsilin dəstəklənməsi və su təchizatı sisteminin və sanitar sistemin bərpası üçün 100 milyon dollardan çox vəsait ayırıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən Azərbaycana aktiv humanitar yardım göstərən ilk ölkələrdən biri olub. Belə ki, 1994-cü ildən bəri beş il ərzində Krallıq qaçqınları daima qida, tibbi preparatalar və digər ilkin zərurət məhsulları ilə təchiz edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi