Yuxarı

Azərbaycan səfirliyi Tbilisidə 200 aztəminatlı ailəyə yardım etdi

Azərbaycan səfirliyi Tbilisidə 200 aztəminatlı ailəyə yardım etdi
Dinlə

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) maliyyə dəstəyi ilə təşkil olunan ərzaq yardımı kampaniyası davam etdirilir.

“Report”un yerli bürosu xəbər verir ki, bu gün 200 ərzaq qutusu Tbilisi sakrebulosuna (şəhər şurası) təqdim olunub.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Tbilisi sakrebulosunun sədri Giorgi Tkmeladze və digər şəxslər iştirak ediblər.

Sakrebulo rəhbərliyi göstərilən yardıma görə Azərbaycan tərəfi və şirkətlərə minnətdarlığını bildirib.

Şəhər şurası ərzaq qutularını Tbilisidə yaşayan aztəminatlı ailələrlə yanaşı, əhalinin sosial cəhətdən digər həssas qruplarına daxil olan şəxslərə də çatdıracaq.

Qeyd edək ki, yardım kampaniyasına aprelin 9-da start verilib. Bu günə qədər ərzaq qutuları Tbilisi və Rustavi şəhərləri, Marneuli, Bolnisi, Qardabani rayonlarına çatdırılıb. Yardım ümumilikdə 1 000 ailəni əhatə edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi