Yuxarı
    Bağlamaq

    Azərbaycan səfirliyi Gürcüstanda qəzaya düşən azərbaycanlı ailəyə baş çəkib

    Tbilisi. 13 avqust. REPORT.AZ/ Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları avqustun 11-də Gürcüstan ərazisində qəzaya düşən azərbaycanlıların vəziyyəti ilə maraqlanıb. Onlara müvafiq köməklik göstəriləcək.

    Bu barədə "Report"un Gürcüstan bürosuna Azərbaycanın bu ölkədəki səfirliyindən məlumat verilib.

    "Onlardan birinin cərrahiyyə əməliyyatına ehtiyacı var. Bununla əlaqədar Gürcüstanın müvafiq qurumları ilə əlaqə saxlanılıb. Yaralılara Azərbaycana qayıtmaları üçün müvafiq köməklik göstəriləcək", - səfirlikdən bildirilib.

    Qeyd edək ki, avqustun 11-də Tbilisidə azərbaycanlıların da olduğu mikroavtobus qəzaya uğrayıb. Nəticədə mikroavtobusdakı iki Gürcüstan, aralarında azyaşlı uşaq da olmaqla 5 Azərbaycan vətəndaşı ağır xəsarətlər alıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi