Azərbaycan səfirliyi Fransanın bir sıra şəhərlərinin rəhbərliklərinə müraciət edib

Azərbaycan səfirliyi Fransanın bir sıra şəhərlərinin rəhbərliklərinə müraciət edib Onlar qarşısında tələb irəli sürülüb
Xarici siyasət
22 Aprel , 2016 13:51
Azərbaycan səfirliyi Fransanın bir sıra şəhərlərinin rəhbərliklərinə müraciət edib

Bakı. 22 aprel. REPORT.AZ/ Azərbaycanın Fransadakı səfirliyi Dağlıq Qarabağdakı separatçı rejiminin nümayəndələri ilə iş birliyinin qəbuledilməz olması ilə bağlı Fransanın bir sıra şəhər rəhbərliklərinə rəsmi müraciət ünvanlayıb.

Bu barədə "Report"a Azərbaycanın Fransadakı səfirliyindən məlumat verilib.

Məlumata görə, ölkənin bir sıra şəhərləri erməni təşkilatlarının təzyiqi altında Azərbaycanın işğal altında olan şəhərləriylə iş birliyi və qardaşlaşma ilə bağlı qanunsuz sazişlər imzalayıblar.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov isə "Report"a bildirib ki, səfirlik iki ildən çoxdur Fransa tərəfi ilə müvafiq izahedici işlər aparır: "Bu ölkənin hökuməti Fransa şəhərlərinin Dağlıq Qarabağ kimi tanınmamış qurumları ilə hər hansı bir əməkdaşlığı qadağan edən sənəd qəbul edib. Müvafiq sənəd Azərbaycanın işğal altındakı ərazilərindəki de-fakto rəhbərləri (separatçı rejim nəzərdə tutulur) ilə qanunsuz əməkdaşlıq edən bütün şəhərlərə göndərilib, lakin erməni seçicilərin çoxluq təşkil etdiyi şəhərlərin rəhbərləri təzyiq altında bu addımdan əl çəkməyiblər. Belə olan halda biz qərara gəldik ki, bu qərara hüquqi müstəvidə baxaq. Bu şəhərlərdən biri də Burq de Valansdır, onun meri özü də ermənipərəst siyasətçidir və erməni lobbisinin asılılığında olan bir şəxsdir. Biz vəkillərimiz vasitəsilə ona bildiriş göndərdik və bu cür addımların qanunazidd olduğunu bildirdik. Bu səpkidə işlər artıq imzalanmış sazişlərin ləğv olunması və gələcəkdə bu cür addımların qarşısının alınması üçün davam etdiriləcək".

Son xəbərlər

Orphus sistemi