Bakı. 17 oktyabr. REPORT.AZ/ Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə Yaponiyanın yeni təyin olunan torpaq, infrastruktur, nəqliyyat və turizm naziri Keliçi İşii ilə görüşüb.
Bu barədə "Report"a Azərbaycanın Yaponiyadakı səfirliyindən məlumat verilib.
Görüşdə iki ölkə arasında nəqliyyat, fəlakətlərin idarə edilməsi və turizm sahəsində əməkdaşlıq potensialı müzakirə edilib.