Azərbaycan səfiri: "Rusiya ilə Türkiyə arasındakı böhranın bitməsi üçün vasitəçi olmağa hazırıq"

Azərbaycan səfiri: "Rusiya ilə Türkiyə arasındakı böhranın bitməsi üçün vasitəçi olmağa hazırıq" Faiq Bağırov: "Türkiyə-Rusiya əlaqələri Qafqaz bölgəsi üçün də önəmlidir"
Xarici siyasət
4 Fevral , 2016 17:30
Azərbaycan səfiri: Rusiya ilə Türkiyə arasındakı böhranın bitməsi üçün vasitəçi olmağa hazırıq

Bakı. 4 fevral. REPORT.AZ/ "Rusiya ilə Türkiyə arasındakı böhranın bitməsi üçün vasitəçi olmağa hazırıq".

"Report" xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov "Diplomatic Observer" jurnalına müsahibəsində deyib.

Səfir bildirib ki, Azərbaycanın həm Rusiya, həm də Türkiyə ilə yaxşı əlaqələri var və təyyarənin vurulması ilə bağlı məlum hadisədən sonra iki dövlət arasında yaranan böhranı xoşagələn hal saymır.

F.Bağırov qeyd edib ki, Rusiya təyyarəsinin vurulmasından sonra yaranan böhranlı vəziyyətdə Azərbaycan Türkiyənin yanındadır: "Bunu Prezident İlham Əliyev bir müddət öncə açıqlayıb".

O, Türkiyə-Rusiya əlaqələrinin Qafqaz bölgəsi üçün də önəmli olduğuna diqqəti çəkib.

Diplomat vurğulayıb ki, Azərbaycan Türkiyə ilə qardaş, Rusiya ilə strateji əlaqələri olan bir ölkədir: "Tərəflər istədikləri təqdirdə vasitəçilik etməyə hazırıq". 

Son xəbərlər

Orphus sistemi