Azərbaycan səfiri Pakistanın xarici işlər katibi ilə görüşüb

Azərbaycan səfiri Pakistanın xarici işlər katibi ilə görüşüb Görüşdə qarşılıqlı əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılıb
Xarici siyasət
14 İyun , 2016 21:11
Azərbaycan səfiri Pakistanın xarici işlər katibi ilə görüşüb

Bakı. 14 iyun. REPORT.AZ/ Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə etimadnaməsinin sürətini bu ölkənin xarici işlər katibinə təqdim edib. 

Səfirlikdən "Report"a verilən məlumata görə, görüş Pakistan Xarici İşlər Nazirliyində baş tutub. 

Katib Pakistanın hər zaman Azərbaycanın yanında olduğunu, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyini, hər iki ölkənin beynəlxalq məsələlərdə həmfikir olduğunu bildirib. O, həmçinin iki ölkənin rəhbərləri və xalqları arasında mövcüd olan səmimi dostluq münasibətlərini deyərək,  Azərbaycanın Pakistandakı səfirliyinin ölkələrimiz arasındakı münasibətlərin inkişafı istiqamətində fəaliyyətinə Pakistan Xarici İşlər Nazirliyinin hər zaman yardım göstərməyə hazır olduğunu vurğulayıb.

Ə.Əlizadə dost və qardaş ölkə olan Pakistana səfir təyin olunmasından şərəf hissi duyduğunu ifadə edib. Səfir Dağlıq Qarabağla bağlı Azərbaycanın ədalətli mövqeyinə Pakistanın verdiyi dəstəyin hər zaman Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini bildirib və göstərilən ədalətli yanaşmaya, səmimi diqqətə görə təşəkkür edib. O, xalqlarımız və dövlətlərimiz arasında mövcud olan qardaşlıq münasibətlərinin, sıx əlaqələrin, həyata keçirilən layihələrin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə həmçinin qarşılıqlı əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılıb. 

Son xəbərlər

Orphus sistemi