Azərbaycan səfiri: "Hamımız Fransa xalqı ilə birlikdə kədər içindəyik"

Azərbaycan səfiri: "Hamımız Fransa xalqı ilə birlikdə kədər içindəyik" Notr-Dam-de-Pari kilsəsi Parisin, Fransanın ürəyidir. Amma, əslində, gözəlliyi, xeyirxahlığı sevən bütün insanlara, bəşəriyyətə məxsusdur.
Xarici siyasət
16 Aprel , 2019 12:58
Azərbaycan səfiri: Hamımız Fransa xalqı ilə birlikdə kədər içindəyik
0 : 00
0 : 00

"Notr-Dam-de-Pari" kilsəsi Parisin, Fransanın ürəyidir. Amma, əslində, gözəlliyi, xeyirxahlığı sevən bütün insanlara, bəşəriyyətə məxsusdur".  

"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, bu fikirləri Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev bildirib. 

"Ona görə də dindar olub-olmamağımızdan asılı olmayaraq, hamımız parislilər, bütün Fransa xalqı ilə birlikdə kədər içindəyik". 

Xatırladaq ki, dünən "Notr-Dam-de-Pari" kilsəsində yanğın baş verib və kilsə üzərindəki uzun qüllənin bir hissəsi aşıb, həmçinin məbədin saatı yanaraq məhv olub. Fransa Daxili İşlər Nazirliyi yanğından sonra kilsənin bərpasının çətin olacağını açıqlayıb. Öz növbəsində Fransa Prezidenti Emmanuel Makron kilsənin bərpa edilərək yenidən əvvəlki vəziyyətə qaytaracaqlarına söz verib.

Qeyd edək ki, 10 saatdan çox davam edən yanğını gecə yarısından sonra söndürmək mümkün olub. İlkin məlumatlara görə, yanğına kilsənin yuxarı səviyyələrində aparılan təmir işləri səbəb olub. 

Son xəbərlər

Orphus sistemi