Azərbaycan səfiri etimadnaməsini Surinam prezidentinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsini Surinam prezidentinə təqdim edib Surinam prezidenti: Azərbaycanla əməkdaşlığa əhəmiyyət veririk
Xarici siyasət
17 Noyabr , 2014 17:06
Azərbaycan səfiri etimadnaməsini Surinam prezidentinə təqdim edib

Bakı. 17 noyabr. REPORT.AZ/  Azərbaycanın Surinam Respublikasındakı səfiri Elnur Sultanov etimadnaməsini bu ölkənin prezidenti Dezire Delano Buterzeya təqdim edib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir. Səfir E.Sultanov Azərbaycan prezidenti İlham Əliyevin səmimi salamlarını prezident Dezire Delano Buterzeya çatdıraraq Azərbaycanın Surinamda ilk səfiri kimi iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün səy göstərəcəyini bildirib və ikitərəfli əməkdaşlıq üçün potensialın mövcud olduğunu qeyd edib.

Surinam prezidenti isə öz növbəsində Prezident İlham Əliyevə ən xoş arzularının çatdırılmasını xahiş edərək, Surinamın Azərbaycanla əməkdaşlığa əhəmiyyət verdiyini bildirib və yaxın gələcəkdə iki ölkə arasında əlaqələrin möhkəmlənəcəyinə ümidvar olduğunu ifadə edib.

Səfəri çərçivəsində səfir E.Sultanov Surinam Milli Assambleyasının sədri Ceniffer Girlings-Simmons, xarici işlər naziri Vinston Lakin, gənclər və idman naziri İsmanto Adna, təbii ehtiyatlar naziri Cim Hok və digər rəsmi şəxslərlə görüşlər keçirib.

Qeyd edək ki, E.Sultanov həmçinin Azərbaycanın Braziliyadakı və Qayanadakı səfiri vəzifələrini də icra edir.

Son xəbərlər

Orphus sistemi