Azərbaycan səfiri etimadnaməsini İordaniya kralına təqdim edib

Azərbaycan səfiri etimadnaməsini İordaniya kralına təqdim edib Bakı. 12 mart. REPORT.AZ/ İordaniya kralı II Abdulla paytaxt Əmmanda yerləşən Basman sarayında keçirilən rəsmi mərasimdə İordaniyaya yeni təyin olunmuş bir sıra səfirlərin etimadnaməsini qəbul edib.
Xarici siyasət
12 Mart , 2018 10:24
Azərbaycan səfiri etimadnaməsini İordaniya kralına təqdim edib

Bakı. 12 mart. REPORT.AZ/ İordaniya kralı II Abdulla paytaxt Əmmanda yerləşən Basman sarayında keçirilən rəsmi mərasimdə İordaniyaya yeni təyin olunmuş bir sıra səfirlərin etimadnaməsini qəbul edib.

Bu barədə "Report" İordaniyanın "Petra" agentliyinə istinadən xəbər verir.

Azərbaycan səfiri Rasim Rzayev də etimadnaməsini İordaniya kralına təqdim edib.

Onunla yanaşı, II Abdullaya Bəhreyn, Xorvatiya, Qana, İrlandiya, Malta və digər ölkələrin yeni səfirləri eimadnamələrini təqdim ediblər.

Mərasimdə Kral Haşimiyyə Məhkəməsinin baş hakimi Fayez Taravneh və xarici işlər naziri Ayman Safadi iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi