Yuxarı

Azərbaycan səfiri etimadnaməsini Çili prezidentinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsini Çili prezidentinə təqdim edib

Görüşdə həmçinin Azərbaycan və Çili arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb
© Mfa.gov.az

Bakı. 14 iyun. REPORT.AZ/ Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov etimadnaməsini Çili prezidenti Mişel Baçeletə təqdim edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, etimadnamənin təqdim olunması mərasimi əsnasında keçirilən görüşdə səfir R.Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Çili Prezidentinə çatdırıb.

Prezident Mişel Baçelet onun da salamlarını və ən xoş arzularını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

R.Aslanov Azərbaycan haqda Mişel Baçeletə ətraflı məlumat verib. Rəsmi Bakının təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələrindən bəhs edərək Çilinin Avrasiya ilə ticarət əlaqələrində Azərbaycanın mühüm rol oynaya biləcəyini bildirib. Görüşdə, həmçinin Azərbaycan və Çili arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Prezident Mişel Baçelet səfir R.Aslanova diplomatik fəaliyyətində uğurlar arzu edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi