Azərbaycan Qazaxıstanın Atırau vilayəti ilə əlaqələri möhkəmləndirir

Azərbaycan Qazaxıstanın Atırau vilayəti ilə əlaqələri möhkəmləndirir Cari ilin ilk 8 ayı ərzində Azərbaycan və Atırau vilayəti arasında ticarət dövriyyəsinin həcmi 9 milyon dollardan çox olub
Xarici siyasət
28 Oktyabr , 2016 13:49
Azərbaycan Qazaxıstanın Atırau vilayəti ilə əlaqələri möhkəmləndirir

Bakı. 28 oktyabr. REPORT.AZ/ Azərbaycan nümayəndə heyəti əməkdaşlığın gücləndirilməsi və ticarət dövriyyəsinin artırılması üçün Qazaxıstan Atırau vilayətinə səfər edib.

"Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, nümayəndə heyətinə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov rəhbərlik edib.

Nümayəndə heyətinin tərkibinə Azərbaycanın Aktaudakı baş konsulu Elxan Zeynalov, Azərbaycan biznes investisiyaları Assosiasiyasının vitse-prezidenti Gündüz Məmmədli, Aktau şəhərindəki logistik mərkəzin nümayəndəsi Ələkbər Muradov və başqaları daxil olub.

Atırau vilayətinin hakimi Nurlan Noqayevlə görüş zamanı səfiri Rəşad Məmmədov bildirib ki, nümayəndə heyəti Azərbaycan rəhbərliyinin tapşırığı ilə ayrı-ayrı subyektlər və iki ölkənin regionları arasında ticari-iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün Qazaxıstanın müxtəlif regionlarına səfər edir.

Qeyd edilib ki, cari ilin ilk 8 ayı ərzində Azərbaycan və Atırau vilayəti arasında ticarət dövriyyəsinin həcmi 9,4 milyon dollar təşkil edib.

R.Məmmədov qeyd edib ki, Azərbaycan tərəfi meyvə-tərəvəz məhsullarının Qazaxıstan bazarına, o cümlədən Atırau vilayətinə ixracının artırılmasında maraqlıdır.

Son xəbərlər

Orphus sistemi