Yuxarı

Azərbaycan nümayəndə heyəti Qazaxıstanda keçiriləcək prezident seçkisini müşahidə edəcək

​Azərbaycan Qazaxıstanda prezident seçkisini müşahidə edəcək

Azərbaycandan 40-dan çox nümayəndə iyunun 9-da Qazaxıstanda keçiriləcək növbədənkənar prezident seçkisində beynəlxalq müşahidəçilər qismində iştirak edəcək.

"Report" xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev bu ölkədə keçiriləcək növbədənkənar prezident seçkisinə həsr olunmuş konfransda bildirib.

"Azərbaycan nümayəndələri də parlament, MSK adından və beynəlxalq təşkilatların tərkibində müşahidəçi kimi dəvət olunub. Bu, 40-dan çox insan deməkdir", - diplomat deyib.

O, ölkələrimiz arasındakı ikitərəfli qardaşlıq münasibətlərinin Qazaxıstanın yeni rəhbərliyi dövründə də dinamik inkişafına davam edəcəyinə ümidvar olduğunu bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi