Azərbaycan prokurorluğunun nümayəndə heyəti Rusiya prokurorluğunun 295 illiyinə həsr olunan tədbirlərdə iştirak edib

Azərbaycan prokurorluğunun nümayəndə heyəti Rusiya prokurorluğunun 295 illiyinə həsr olunan tədbirlərdə iştirak edib Səfər çərçivəsində nümayəndə heyətimizi Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu müşayiət edib
Xarici siyasət
16 Yanvar , 2017 17:49
Azərbaycan prokurorluğunun nümayəndə heyəti Rusiya prokurorluğunun 295 illiyinə həsr olunan tədbirlərdə iştirak edib

Bakı. 16 yanvar. REPORT.AZ/ Rusiya Federasiyası baş prokurorunun dəvəti ilə həmin ölkənin prokurorluğunun 295 illiyinə həsr olunan tədbirlərdə iştirak etmək üçün Azərbaycanın baş prokurorun birinci müavini Rüstəm Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti Moskva şəhərinə səfər edib. 

Baş Prokurorluğun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Rusiya Federasiyasının baş prokuroru Yuri Çayka ilə görüşərək azərbaycanlı həmkarının yubiley münasibəti ilə təbriklərini çatdırıb. 

Görüşdə iki ölkə arasında formalaşan zəngin tarixə malik və ilbəil daha da genişlənməklə dərinləşən münasibətlər diqqətə çatdırılmaqla, hüquqi sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Azərbaycan nümayəndə heyəti Dövlət Kreml Sarayında keçirilən təntənəli yubiley mərasimində iştirak edib. Tədbirdə Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedev çıxış edərək Rusiya Prokurorluğunun əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib.

Nümayəndə heyəti mərasimdə iştirak edən Çin, İsrail, İtaliya, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan və digər ölkələrin nümayəndə heyətləri, həmçinin Beynəlxalq Prokurorlar Assosiasiyasının rəhbər vəzifəli şəxsləri, MDB iştirakçı dövlətləri Baş Prokurorlarının Əlaqələndirmə Şurasının icraçı katibi ilə işgüzar görüşlər keçirib, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində nümayəndə heyətini Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu müşayiət edib. 

Son xəbərlər

Orphus sistemi