Yuxarı

Azərbaycan Prezidentinin Qırğızıstana səfəri başlayıb

Azərbaycan Prezidentinin Qırğızıstana səfəri başlayıb
Dövlət başçısını Baş nazir Sooronbay Jeenbekov və digər yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar

Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün sentyabrın 16-da Qırğız Respublikasına səfərə gedib.

"Report"un xəbərinə görə, Bişkekin “Manas” Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısını Qırğızıstanın Baş naziri Sooronbay Jeenbekov və digər yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi