Yuxarı

Azərbaycan Prezidentinin Bolqarıstanın Baş naziri ilə təkbətək görüşü olub

Azərbaycan Prezidentinin Bolqarıstanın Baş naziri ilə təkbətək görüşü olub
Qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib

Bakı. 15 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov ilə təkbətək görüşü olub.

"Report" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın Baş naziri Boyko Borisovu qarşılayıb.

Görüşdə ikitərəfli siyasi, iqtisadi və digər sahələrdə münasibətlərin uğurla inkişaf etdiyi bildirilib. Bolqarıstanın Baş nazirinin Azərbaycana səfərinin əlaqələrin möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd olunub, ikitərəfli münasibətlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi