Azərbaycan Prezidenti Yunanıstanın yeni dövlət başçısına təbrik məktubu göndərib

Azərbaycan Prezidenti Yunanıstanın yeni dövlət başçısına təbrik məktubu göndərib "Əməkdaşlığımızın ikitərəfli və çoxtərəfli qaydada bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik"
Xarici siyasət
20 Fevral , 2015 16:37
Azərbaycan Prezidenti Yunanıstanın yeni dövlət başçısına təbrik məktubu göndərib

Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan Respublikasının yeni seçilmiş Prezidenti Prokopis Pavlopulosa təbrik məktubu göndərib. “Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

“Yunanıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Yunanıstan arasındakı dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın ikitərəfli və çoxtərəfli qaydada bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Yunanıstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

Son xəbərlər

Orphus sistemi