Azərbaycan Prezidenti Yaponiyanın yeni İmperatorunu təbrik edib

Azərbaycan Prezidenti Yaponiyanın yeni İmperatorunu təbrik edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaponiyanın İmperatoru Əlahəzrət Naruhitoya təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
2 May , 2019 17:35
Azərbaycan Prezidenti Yaponiyanın yeni İmperatorunu təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaponiyanın İmperatoru Əlahəzrət Naruhitoya təbrik məktubu ünvanlayıb.

"Report"un xəbərinə görə, təbrikdə deyilir:

"Əlahəzrət,

Yaponiyanın 126-cı İmperatoru olaraq Taxta çıxmağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Yaponiya arasındakı ikitərəfli münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, ölkələrimizi birləşdirən dostluq əlaqələri, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Yaponiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram".

Son xəbərlər

Orphus sistemi