Yuxarı
    Bağlamaq

    Azərbaycan Prezidenti türkmənistanlı həmkarını təbrik edib

    Məktub Türkmənistanın milli bayramı – Müstəqillik Günü münasibətilə göndərilib

    Bakı. 26 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb. 

    "Report"un məlumatına görə, dövlət başçısı məktubda Azərbaycan ilə Türkmənistanı tarixən təşəkkül tapmış dostluq və mehriban qonşuluq münasibətlərinin birləşdirdiyini vurğulayıb. Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, belə möhkəm təməl üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz, qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək.

    Prezident İlham Əliyev Prezident Qurbanqulu Berdiməhəmmədova möhkəm cansağlığı, işlərində uğurlar, qardaş Türkmənistan xalqına daim əmin-amanlıq və tərəqqi arzulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi