Yuxarı

Azərbaycan Prezidenti Türkiyəyə işgüzar səfərə gedib

Azərbaycan Prezidenti Türkiyəyə işgüzar səfərə gedib

Bakı. 19 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimində iştirak etmək üçün oktyabrın 19-da Türkiyə Respublikasına işgüzar səfərə gedib.

"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İzmir şəhərinin Adnan Menderes adına hava limanında dövlət başçısını yüksək vəzifəli rəsmi şəxslər qarşılayıblar.

Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısı türk əsgərlərini salamlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi