Azərbaycan Prezidenti Türkiyənin gömrük və ticarət nazirini qəbul edib

Azərbaycan Prezidenti Türkiyənin gömrük və ticarət nazirini qəbul edib İlham Əliyev iki ölkənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantılarında qəbul edilən bütün qərarların icrasının önəmini qeyd edib
Xarici siyasət
2 Oktyabr , 2015 13:04
Azərbaycan Prezidenti Türkiyənin gömrük və ticarət nazirini qəbul edib

Bakı. 2 oktyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 2-də Türkiyənin gömrük və ticarət naziri Cenap Aşçının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Ankarada Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iki ölkənin gömrük orqanları arasında birgə komissiyanın yaradılması ilə bağlı qəbul edilən qərara uyğun olaraq bu gün Bakıda komissiyanın ilk toplantısının keçiriləcəyini vurğulayan nazir Cenap Aşçı bildirib ki, dövlət başçıları səviyyəsində qəbul edilən qərarların icrasının reallaşdırılması qarşıda duran vəzifələrdən biridir.

Prezident İlham Əliyev Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantılarının məzmunlu olduğunu və orada qəbul edilən bütün qərarların icrasının önəmini qeyd edib. İki ölkənin gömrük orqanlarının birgə komissiyasının fəaliyyətə başlamasının əhəmiyyətinə toxunan dövlət başçısı komissiyanın iclasında bu sahə ilə bağlı müxtəlif məsələlərin müzakirə ediləcəyinə, qarşılıqlı təcrübə mübadiləsinin aparılacağına ümidvar olduğunu bildirib.

Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırlayan Cenap Aşçı Türkiyənin Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən gömrük sahəsində çox yaxşı əlaqələrə malik olduğunu vurğulayaraq bu sahədə iki ölkə arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının hər iki tərəf üçün böyük əhəmiyyət daşıdığını deyib. 

İki ölkə bütün məsələlərdə bir-birini daim dəstəklədiyini deyən dövlət başçısı digər sahələrdə olduğu kimi, gömrük orqanları arasında əməkdaşlığın da yüksək səviyyədə olmasının önəmini qeyd edib. Dünyada gedən maliyyə-iqtisadi böhran şəraitində iki ölkə gömrük orqanları qarşısında mühüm vəzifələrin dayandığını deyən Prezident İlham Əliyev iqtisadi böhranın nəticələrinin araşdırılması, təhlili və gömrük orqanlarının işinin təkmilləşdirilməsində birgə fəaliyyət göstərməyin vacibliyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi