Azərbaycan Prezidenti tunisli həmkarına təbrik məktubu göndərib

Azərbaycan Prezidenti tunisli həmkarına təbrik məktubu göndərib "Tunis Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm"
Xarici siyasət
19 Mart , 2015 19:31
Azərbaycan Prezidenti tunisli həmkarına təbrik məktubu göndərib

Bakı. 19 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Tunis Respublikasının Prezidenti Beji Kaid əs-Sebsiyə təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Tunis Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Tunis arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tunis xalqına sülh və firavanlıq diləyirəm".

Son xəbərlər

Orphus sistemi