Azərbaycan prezidenti Tunisin dövlət başçısını təbrik edib

Azərbaycan prezidenti Tunisin dövlət başçısını təbrik edib "İnanıram ki, Azərbaycan-Tunis dostluğu və əməkdaşlığı xalqların mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək"
Xarici siyasət
19 Mart , 2016 17:13
Azərbaycan prezidenti Tunisin dövlət başçısını təbrik edib

Bakı. 19 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Tunisin dövlət başçısı Beji Kaid əs-Sebsini təbrik edib. "Report"un məlumatına görə, təbrik mətnində deyilir:

"Tunis Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-Tunis dostluğu və əməkdaşlığı xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tunis xalqına əmin-amanlıq və tərəqqi diləyirəm".

Son xəbərlər

Orphus sistemi