Azərbaycan Prezidenti Tailand xalqına başsağlığı verib

Azərbaycan Prezidenti Tailand xalqına başsağlığı verib "Tailandın Kralı Bhumibol Adulyadejin vəfatı xəbəri məni olduqca kədərləndirdi"
Xarici siyasət
14 Oktyabr , 2016 16:37
Azərbaycan Prezidenti Tailand xalqına başsağlığı verib

Bakı. 14 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tailand Krallığının baş naziri, general Prayut Çan-o-çaya başsağlığı məktubu göndərib. 

"Report"un məlumatına görə, məktubda deyilir: 

"Hörmətli cənab baş nazir,

Tailandın Kralı Bhumibol Adulyadejin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, Kral ailəsinin bütün üzvlərinə, dost Tailand xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Son xəbərlər

Orphus sistemi