Yuxarı

Azərbaycan Prezidenti Tailand Kralını təbrik edib

Azərbaycan Prezidenti Tailand Kralını təbrik edib

Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tailandın Kralı Əlahəzrət Maha Vaciralonqkorn Bodindradebayavaranqkuna təbrik məktubu ünvanlayıb.  

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Əlahəzrət,

Tailand Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Tailand xalqına daim sülh və rifah arzulayıram".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi