Yuxarı

Azərbaycan Prezidenti Sinqapurun dövlət başçısını təbrik edib

Məktub Sinqapur Respublikasının milli bayramı münasibətilə göndərilib

Bakı. 8 avqust. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Toni Tan Kenq Yama məktub göndərib. 

"Report"un məlumatına görə, təbrik mətnində bildirilir: 

"Hörmətli cənab Prezident,

Sinqapur Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Sinqapur xalqına daim sülh və firavanlıq diləyirəm".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi