​Azərbaycan Prezidenti Qırğızıstanın müdafiə nazirini qəbul edib

​Azərbaycan Prezidenti Qırğızıstanın müdafiə nazirini qəbul edib Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb
Xarici siyasət
10 Fevral , 2015 18:08
​Azərbaycan Prezidenti Qırğızıstanın müdafiə nazirini qəbul edib

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da Qırğız Respublikasının müdafiə naziri Abibilla Kudayberdiyevi qəbul edib.

"Report" xəbər verir ki, müdafiə naziri Abibilla Kudayberdiyev Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin salamlarını dövlət başçısına çatdırıb.

Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib, iki ölkənin müdafiə və müdafiə sənayesi, o cümlədən hərbi təhsil sahələrində əməkdaşlığının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı İlham Əliyev Prezident Almazbek Atambayevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Qırğız Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.

Son xəbərlər

Orphus sistemi