Azərbaycan Prezidenti Qazaxıstana işgüzar səfərə gedib - FOTO

Azərbaycan Prezidenti Qazaxıstana işgüzar səfərə gedib - FOTO Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının Akmola vilayətinin Burabay qəsəbəsində keçiriləcək iclasında iştirak edəcək
Xarici siyasət
15 Oktyabr , 2015 16:52
Azərbaycan Prezidenti Qazaxıstana işgüzar səfərə gedib - FOTO

Bakı. 15 oktyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının Qazaxıstan Respublikasının Akmola vilayətinin Burabay qəsəbəsində keçiriləcək iclasında iştirak etmək üçün oktyabrın 15-də bu ölkəyə işgüzar səfərə gedib. 

"Report" xəbər verir ki, Azərbaycanın və Qazaxıstanın dövlət bayraqlarının dalğalandığı Kokşetau şəhərinin hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycanın dövlət  başçısını yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

Son xəbərlər

Orphus sistemi