Azərbaycan Prezidenti Qarabağ münaqişəsini Avropa İttifaqının nümayəndəsi ilə müzakirə edib - YENİLƏNİB

Azərbaycan Prezidenti Qarabağ münaqişəsini Avropa İttifaqının nümayəndəsi ilə müzakirə edib - YENİLƏNİB Prezident İlham Əliyev Avropa İttifaqının nümayəndə heyətini qəbul edib
Xarici siyasət
4 Dekabr , 2017 12:53
Azərbaycan Prezidenti Qarabağ münaqişəsini Avropa İttifaqının nümayəndəsi ilə müzakirə edib - YENİLƏNİB

Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 4-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə yeni təyin edilmiş xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, Bakıya ilk dəfədir gəldiyini və burada şahidi olduğu inkişaf proseslərinin onda böyük təəssürat yaratdığını deyən Toivo Klaar Azərbaycan ilə daha yaxından tanış olmaqda maraqlı olduğunu vurğulayıb. 

Dövlət başçısı Toivo Klaarın Azərbaycana, o cümlədən ölkəmizin regionlarına gələcəkdə də tez-tez səfərlər edəcəyinə ümidvar olduğunu bildirdi və ona fəaliyyətində uğurlar arzulayıb. 

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti və münaqişənin həlli ilə bağlı danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb.


*** 11: 59

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 4-də Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə yeni təyin edilmiş xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.  

Son xəbərlər

Orphus sistemi