Bakı. 27 aprel. REPORT.AZ/ Aprelin 27-də Azərbaycan Respublikasının Prezidenti
“Report” Azərbaycan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dövlət başçısı İlham Əliyev Nursultan Nazarbayevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, ona ali dövləti fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.
Qazaxıstan Prezidenti göstərilən diqqətə və təbriklərinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Dövlət başçıları Azərbaycan ilə Qazaxıstan arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.