Yuxarı

Azərbaycan Prezidenti Norveç kralına məktub göndərib

Azərbaycan Prezidenti Norveç kralına məktub göndərib
Norveçin Kralı V Harald

Bakı. 16 may. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Norveçin Kralı V Haralda təbrik məktubu göndərib. 

"Report" xəbər verir ki, məktubda deyilir: 

"Əlahəzrət,

Norveç Krallığının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Norveç xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi